YASTI ZİRVƏ BUZLAĞI

kömbəvari formada buzlaq tipi, maili düzəlmə səthi üzərində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mərkəzi Tyan-Şan üçün səciyyəvidir. ледник плоских вершин table summit glacier, plateau glacier
YASTI SAHİL
YATAQ
OBASTAN VİKİ
Yastı zirvə buzlağı
Yastı zirvə buzlağı (rus. ледник плоских вершин, ing. table summit glacier, plateau glacier) — kömbəvari formada buzlaq tipi, maili düzəlmə səthi üzərində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mərkəzi Tyan-Şan üçün səciyyəvidir.
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı sahil
Yastı sahil (rus. берег отлогий, ing. flat coast) — dəniz cərəyanları sahildən gətirilən qırıntı məhsullarını apara bilmədikdə bu məhsullar çimərlikdə qeyri-bərabər formada çökərək əmələ gətirdiyi maili səth və dənizə doğru miqrasiya edən yastı akkumulyativ sahil.
Yastı şibyəyeyən
Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.
Yastı sümüklər
Yastı sümüklər — sahəsi qalınlığından əhəmiyyətli dərəcədə böyük olan skelet sümükləri. Yastı sümüklərə kəllə sümüyü, bel sümükləri, qabırğa sümükləri və çanaq sümüyü daxildir. Yastı sümüklərin əsas funksiyası mexaniki qorumadır (kəllə boşluğunu, döş qəfəsini). Bundan əlavə, yastı sümüklər əzələlərin bağlanması üçün geniş səth sahələrini təmin edir. == Strukturu == Bu sümüklər iki nazik sümük təbəqəsindən ibarətdir. Onların arasında qırmızı sümük iliyi olan müxtəlif miqdarda süngər sümük yerləşir. Yetkinlərdə qırmızı qan hüceyrələrinin çoxu yastı sümüklərdə əmələ gəlir. Kəllə sümüklərində yığcam toxuma təbəqələri kəllə plitələri kimi tanınır. Xarici hissəsi qalın və sərt, daxili — nazik, sıx və kövrəkdir. == Ossifikasiyası == Ossifikasiya yastı sümüyün gələcək yeri tutan differensiallaşmamış birləşdirici toxuma təbəqələrinin əmələ gəlməsi ilə başlayır.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. == Haqqında == Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. === İdeya və layihə rəhbərləri === Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov === Büsdü hazırlayan === Azad Əliyev - əməkdar rəssam === Layihədə iştirak edənlər === Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) === Azərbaycan alpinistləri === İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Qaliley (zirvə)
Qaliley zirvəsi (norv. Galileotoppen) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1637 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 5-cidir. Qaliley zirvəsi Viydeforddan qərbdə, Nyuton zirvəsindən şimal-qərbdə yerləşir.
Quludaş (zirvə)
Quludaş - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,203 m-dir. Qayalıq və çöl landşaftı var. Yardımlı rayonu ərazisindədir. Viləşçayın mənbəyini təşkil edir.
Qızyurdu (Zirvə)
Qızyurdu — Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,433 m-dir. Yamacları və zirvəsi çox parçalanmışdır. Qayalıq və çöl landşaftı var. Lerik rayonu ərazisindədir.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xüsusi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Şahdağ (zirvə)
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Yastı qurdlar tipi
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Dıxsu buzlağı
Dıxtau (rus. Дыхтау, qaraç.-balk. Дых тау – türkcə "dik dağ" sözündən götürülüb, kələ-kötür dağ deməkdir) — Rusiyada, Kabarda-Balkar Respublikasında, Böyük Qafqazın mәrkәzi hissәsindә yerləşən Elbrusdan sonra әn yüksәk zirvә. Hündürlüyü 5204 metrdir. Kristallik süxurlardan ibarәtdir. Şərq yamacından mürәkkәb Dıxsu dәrә buzlağı (sahәsinә görә Qafqazda Bezengi buzlağından sonra ikinci) enir. == Dırmanış və fəth == Dıxtauya ən yaxşı şəkildə şimaldan (Rusiya) daxil olmaq olar. Bezingi alpinist düşərgəsi 2,180 metr (7,150 ft) hündürlükdə yerləşir. Zirvə ilk dəfə 1888-ci ildə Albert Mammeri və Henrix Zurfluh tərəfindən fəth edilmişdir. Kiril əlifbası ilə yazılmış müxtəlif sovet hərbi xəritələrini internetdə tapmaq olar və bu xəritələrdən ikisi Dıxtau ərazisini əhatə edir.
Ellen buzlağı
Ellen buzlağı — Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Anderson dağı, 4111 zirvəsinin şərq yamacını əmələ gətirir. Sentinel dağlarının mərkəzində yerləşmişdir. Buzlağın ilk xəritəsi Amerika Birləşmiş Ştatların Geoloji xəritəsində tərtib edilmişdir. Hərbi dəniz qüvvələrinin 1957-59-cu illərdə havada çəkdikləri fotolar ABŞ Podpolkovniki Çiçeron C. Ellen tərəfindən Antarktida Adları Məşvərət Komitəsinə təqdim olunmuşdur. Buzlaq da hava əməliyyatlarının bir çoxunda komandada olan, Cənub Qütbü Stansiyanın hərbi hava qüvvələrinin Ellenin adını daşıyır. == Yerləşməsi == Ellen buzlağı 78°13′ c. e. 84°30′ q. u.
Fonfon buzlağı
Fonfon buzlağı (bolq. ледник Фонфон, ‘Lednik Fonfon’ \'led-nik fon-'fon\) — 4 km uzunluğu və 2.3 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Gerila buzlağından şimalda, Embree buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstandakı Vitoşa dağının Fonfon ərazisinin adını daşıyır. == Yerləşməsi == Fonfon buzlağı 78°11′00″ c. e. 86°01′50″ q. u. koordinatlarında yerləşmişdir.
Kommanvelz buzlağı
Kommanvelz buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağında yerləşən buz kütləsi. == Coğrafiyası == Buzlaq 77º35' cənub paraleli və 163º19' şərq meridianı aralığında yerləşir. Kommanvelz buzlağı Kanada və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Buradan cənub şərq istiqamətinə doğru axaraq Teylor vadisində Koulmen dağının qərb hissəsində sonlanır və Friksel gölünün şərq sərhədini təşkil edir. == Kəşfi == Buzlağın xəritəsi, 1910-cu ildən 1813-cü ilə qədər davam edən və Antarktida qitəsinin cənubunda cənab Robert Falkon Skott liderliyində həyata keçirilən ingilis Terra-Nova elmi gəzintisi əsnasında hazırlanmışdır. Kommanvelz buzlağına, gəzintiyə böyük miqdarda maliyyə vəsaiti ayıran Avstraliya tarix birliyinin ( (ing.) Commonwealth of Australia) adı verilmişdir. Həmçinin bu kiçik qrupun üzvlərinin iki nəfəri Avstraliyalı olub, araşdırmalarda iştirak etmişlər.
Konqsvegen buzlağı
Konqsvegen buzlağı (norv. Kongsvegen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq Konqs-fiorddan cənub-şərqdə VII Hokon Torpağı ilə II Oskar Torpağı arasında yerləşir. Onun uzunluğu 20 km, sahəsi 105 km²-dir.